Digər
Ukrayna "Drujba" ilə neft nəqlini bərpa edir - Boka
Ukrayna 21 apreldə Rusiyadan Macarıstana “Drujba” boru kəməri vasitəsilə neft tranzitini bərpa edəcək.
Axar.az xəbər verir ki, bunu Macarıstanın Avropa Birliyi işləri üzrə naziri Yanoş Boka deyib.
"Brüsseldə idim və orada digər məsələlərlə yanaşı, “Drujba” neft kəmərinin fəaliyyətinin bərpasını müzakirə etdim. Ən çox ehtimal olunan ssenari Ukrayna tərəfinin çərşənbə axşamı saat 12:00 radələrində boru kəmərinin fəaliyyətinin bərpasını elan edəcəyidir", - deyə nazir bildirib.
Mənbə
axar.az