Digər

ABŞ-ın bu addımları diplomatiya ilə uyğun gəlmir - Arakçı

21 Apr 2026, 00:05 1 baxış
ABŞ-ın bu addımları diplomatiya ilə uyğun gəlmir - Arakçı

ABŞ-ın qanunsuz hərəkətləri və İrana qarşı ziddiyyətli mövqeyi, o cümlədən İran ticarət gəmilərinə qarşı aqressiv tədbirləri diplomatiya ilə uyğun gəlmir.


Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.


O, Tehranın ABŞ-ın hərəkətlərini izləyəcəyinə, maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün müvafiq tədbirlər görəcəyinə söz verib.


Qeyd edək ki, ötən gün ABŞ qüvvələri Oman körfəzində İrana məxsus yük gəmisini dəniz blokadasını pozmağa cəhd etdiyinə görə ələ keçirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər