Digər
Küveyt "fors-major" elan etdi - daşıma dayandı
Küveyt neft daşımalarını dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Məlumata görə, “Kuwait Petroleum Corporation” şirkəti xam neft və neft məhsullarının tədarükünün dayandırılması ilə əlaqədar fors-major elan edib. Səbəb kimi Hörmüz boğazının blokadasının gəmilərin Fars körfəzinə daxil olmasını qeyri-mümkün etməsi göstərilir.
Şirkət müştərilərinə müqavilələrdə nəzərdə tutulan və təchizatçının öhdəliklərini yerinə yetirməməsinə səbəb olan "fors-major maddəsi"nin tətbiq edildiyini bildirib.
Bununla belə, mənbənin sözlərinə görə, bu addım tədarüklərin tam dayandırılması demək deyil.
Mənbə
axar.az