Digər

Starmer Epşteynlə əlaqəsi olan səfirdən danışdı: Gizlədilib

20 Apr 2026, 23:54 1 baxış
Starmer Epşteynlə əlaqəsi olan səfirdən danışdı: Gizlədilib

Böyük Britaniyanın Baş naziri Keyr Starmer ABŞ-a səfir təyinatı ilə bağlı qalmaqalda məsuliyyəti Xarici İşlər Nazirliyinin rəsmilərinin üzərinə atıb.


Axar.az xəbər verir ki, o, Piter Mandelson haqqında vacib məlumatların ondan gizlədildiyini bildirib.


Onun nazirin sözlərinə görə, bu məlumatlar açıqlansaydı, o, təyinata razılıq verməzdi.


Parlamentdə çıxış edən Starmer qeyd edib ki, nazirlik rəsmilərinin təhlükəsizlik yoxlamaları ilə bağlı mənfi tövsiyəni nəzərə almaması və bu barədə hökumətin yüksəksəviyyəli üzvlərinə məlumat verməməsi qəbuledilməzdir.


Qeyd edək ki, Piter Mandelson cinsi cinayətlərə görə məhkum olunan və sonradan həbsxanada intihar edən milyarder Cefri Epşteynlə əlaqələrinə dair məktubların üzə çıxmasından sonra ötən ilin sentyabrında vəzifədən uzaqlaşdırılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər