Digər

Rusiya səfiri Almaniya XİN-ə çağırıldı: Cavabımız qətidir!

20 Apr 2026, 19:27 1 baxış
Rusiya səfiri Almaniya XİN-ə çağırıldı: Cavabımız qətidir!

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


Axar.az xəbər verir ki, bu barədə Almaniya XİN-in X hesabında məlumat verilib.


Məlumatda səfirin nazirliyə çağırılmasının Rusiyanın Almaniyadakı hədəflərə qarşı birbaşa təhdidləri ilə bağlı olduğu qeyd edilib:


“Rusiyanın Almaniya ərazisindəki hədəflərə qarşı birbaşa təhdidləri Ukraynaya göstərdiyimiz dəstəyi zəiflətmək və həmrəyliyimizi sınağa çəkmək cəhdidir. Cavabımız qətidir: biz hədələr qarşısında geri çəkilməyəcəyik. Bu cür təhdidlər və Almaniyada həyata keçirilən istənilən casusluq fəaliyyəti tamamilə qəbuledilməzdir”.

Mənbə axar.az

Oxşar Xəbərlər