Kriminal

Naxçıvanda çaylardan sel keçib - FOTO - VİDEO

20 Apr 2026, 18:04 1 baxış
Naxçıvanda çaylardan sel keçib - FOTO - VİDEO
Muxtar respublika ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi artıb, bəzi ərazilərdə sel və daşqın hadisələri baş verib. Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən bildirilib. Qeyd edilib ki, Naxçıvançay (Qarababa), Gilançay (Nurgüt) və Ordubadçay (Nüsnüs) hidroloji məntəqələrində aparılan müşahidələr zamanı çaylarda sel sularının keçməsi qeydə alınıb. Yağıntıların intensivliyi çay hövzələrində axının sürətlə artmasına səbəb olub. Nəticədə bəzi dağlıq və dağətəyi ərazilərdə qısa müddətli sel daşqınları müşahidə edilib. Mövcud hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artması ehtimalı qalmaqdadır. Əhaliyə çay kənarlarına yaxın ərazilərdə ehtiyatlı davranmaq tövsiyə olunur.

{{gallery}}
Naxçıvanda çaylardan sel keçib - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər