ABŞ kəşfiyyatı Munirlə bağlı Trampı xəbərdar etdi
ABŞ kəşfiyyatı Tramp administrasiyasını Pakistan Silahlı Qüvvələrinin baş komandanı Asim Munirin Vaşinqtonun Yaxın Şərqdəki maraqlarına təhdid yarada biləcəyi barədə xəbərdar edib.
Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.
Bildirilib ki, Munir İranın yüksək hərbi rəhbərliyi, o cümlədən SEPAH keçmiş komandirləri Qasım Süleymani və Hüseyn Səlami ilə şəxsi əlaqələri olduğundan şübhəli bilinir. Bu isə ABŞ-ın İranla hərbi qarşıdurmada iştirak etdiyi şəraitdə potensial təhlükə yarada bilər.
Ağ Evə göndərilən hesabatda iddia edilir ki, pakistanlı hərbçi Yaxın Şərqdəki vəziyyətin həllində ikiüzlü rol oynayır. Sənəddə İslamabadın Tehranla sıx əlaqələrinə görə Pakistan Vaşinqtonun etibarsız müttəfiqi adlandırılır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Asim Munirin İslamabadda keçirilən ABŞ-İran danışıqlarının ilk raundunun təşkilindəki səylərini yüksək qiymətləndirmişdi.