Maraqlı

Kilsədən silah anbarına: Cəlilabaddakı XIX əsrə aid dini abidənin tarixi - FOTOREPORTAJ

20 Apr 2026, 17:32 1 baxış
Kilsədən silah anbarına: Cəlilabaddakı XIX əsrə aid dini abidənin tarixi - FOTOREPORTAJ
XIX əsrdən etibarən rus ailələrinin Azərbaycana köçürülməsi ilə onlar ölkənin müxtəlif bölgələrində məskunlaşıb və bir sıra pravoslav kilsələrinin tikintisinə başlanılıb. Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, həmin dini tikililərdən biri də Cəlilabad rayonunun Günəşli kəndində yerləşən və 1890-cı ildə inşa edilən pravoslav kilsəsidir. Uzun illər kəndin memarlıq simvollarından biri hesab olunan bu ibadətgah yerli pravoslav icmasının dini mərkəzi kimi fəaliyyət göstərib. Lakin sovet hakimiyyəti illərində kilsənin fəaliyyəti dayandırılıb. Rayon sakinlərinin sözlərinə görə, həmin dövrdə bina öz ilkin təyinatından uzaqlaşdırılaraq silah-sursat anbarı kimi istifadə edilib. Bu gün isə tikili bölgənin tarixi keçmişini yaşadan nadir abidələrdən biri kimi diqqət çəkir. Cəlilabad rayonunun Günəşli kəndində yerləşən pravoslav kilsəsindən fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər