Kriminal

Bakıda şadlıq sarayında yanğın olub

20 Apr 2026, 14:18 1 baxış
Bakıda şadlıq sarayında yanğın olub
Bakıda şadlıq sarayında yanğın olub. Oxu.Az-ın məlumatına görə, hadisə Xətai rayonu, Xocalı prospektindəki şadlıq saraylarından birində baş verib. Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumatda bildirilib ki, hadisə şadlıq evinin tüstü bacasında baş verib: "Tüstü bacasında yığılmış yağ qalıqları yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb".
Mənbə oxu.az

Oxşar Xəbərlər