Kriminal
Kür çayında DAŞQIN: Zərdabın Təzəkənd ərazisini su basdı - VİDEO
Kür çayının Zərdab rayonundan keçən hissəsində daşqın baş verib. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb. Kadrlardan da göründüyü kimi, daşqın nəticəsində ətraf ərazilər su altında qalıb.
Məlumata görə, xüsusilə rayonun Təzəkənd ərazisində vəziyyət daha gərgindir. Subasma nəticəsində bəzi yaşayış sahələrinin həyətləri su ilə dolub. Oxu.Az-ın sorğusuna cavab olaraq Zərdab Suvarma Sistemləri İdarəsinin rəisi Peyman Sadiqi bildirib ki, son günlər yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin artmasına səbəb olub. Onun sözlərinə görə, Təzəkənd kəndi çayın sahilində yerləşdiyindən və bəzi evlər mühafizə zolağında tikildiyindən bir çox həyətlər subasma ilə üz-üzə qalıb: "Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Subasma ilə bağlı nasoslar quraşdırılıb və qabaqlayıcı tədbirlər həyata keçirilir", - deyə P.Sadiqi bildirib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər