Kriminal
Daşkəsəndə iki avtomobil TOQQUŞUB: Xəsarət alanlar var
Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə bu gün təxminən saat 11 radələrində rayonun Bayan kəndi ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü rayon sakini Vasif İsrafil oğlu Ələsgərovun idarə etdiyi "QAZel" markalı, 32-BE-511 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2001-ci il təvəllüdlü Samux rayon sakini Rufan Nail oğlu Qasımovun idarə etdiyi "Opel" markalı, 20-EN-341 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində hər iki sürücünün yüngül xəsarət aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər