Maraqlı

"İdeyadan asılqana": Geyim dizaynı mərkəzində tədris prosesinin incəlikləri - FOTOREPORTAJ

20 Apr 2026, 11:32 1 baxış
"İdeyadan asılqana": Geyim dizaynı mərkəzində tədris prosesinin incəlikləri - FOTOREPORTAJ
Geyim dizaynı və texnologiyası sahəsində formalaşmış peşəkar tədris mərkəzi 2019-cu ildə fəaliyyətə başlayıb. Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, əsas məqsəd Azərbaycanda yerli geyim brendlərinin yaranmasına və inkişafına töhfə vermək, yaradıcı və texniki bilikləri bir araya gətirən mütəxəssislər yetişdirməkdir. Tədris prosesi bir geyim brendinin "ideyadan asılqana" qədər keçdiyi bütün mərhələləri əhatə edir və ən müasir üsullarla aparılır. Dərslər dövlət tərəfindən patentləşdirilmiş xüsusi metodika və dərslik əsasında keçirilir. Geyim dizaynında müasir və yaradıcı yanaşma, qəlib hazırlanmasında isə həm ənənəvi, həm də rəqəmsal üsulların tətbiqi tədris prosesinin əsas fərqləndirici xüsusiyyətlərindəndir. Məqsəd daha çox gəncə istehsal prosesini təmin edəcək peşəkar bacarıqlar qazandırmaq, hər bir tələbənin fərdi istedadını üzə çıxarmaq və inkişaf etdirməkdir. Dizayn və texnologiyanın bir araya gəldiyi moda mərkəzindən fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər