Kriminal
Bakıda ağır qəza: Ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu Qala-Şüvəlan yolunda qeydə alınıb. Cəmil Nurulla oğlu Behbudov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən yolun qarşı tərəfindən gələn Vüqar İlqar oğlu Əşrəfzadənin idarə etdiyi motosikletlə toqquşub. Hadisə nəticəsində V.Əşrəfzadə aldığı xəsarətlərdən ölüb. Fakt üzrə cinayət işi başlanılıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər