Digər

Samoa sahillərində güclü zəlzələ oldu

20 Apr 2026, 00:27 1 baxış
Samoa sahillərində güclü zəlzələ oldu

Sakit okeanda, Samoa adaları yaxınlığında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.


Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


Məlumata görə, yeraltı təkanların episentri Samoa paytaxtı Apia şəhərindən təxminən 201 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.


İlkin məlumatlara əsasən, insan tələfatı və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər