Digər

ABŞ-da 11 nüvə alimi müəmmalı şəkildə öldü və itkin düşdü

19 Apr 2026, 22:59 1 baxış
ABŞ-da 11 nüvə alimi müəmmalı şəkildə öldü və itkin düşdü

ABŞ Prezidenti Donald Tramp ölkədə alimlərin müəmmalı ölüm və itkin düşmə halları ilə bağlı araşdırma aparılacağını bildirib.


Axar.az xəbər verir ki, bu barədə o, "Foks Nyus" telekanalına açıqlamasında deyib.


D.Tramp qeyd edib ki, artıq məsələ ilə bağlı müşavirə keçirib və yaxın vaxtlarda bu hadisələrə aydınlıq gətiriləcək:


"Ümid edirəm ki, bu, sadəcə təsadüfdür, amma bunu növbəti bir həftə yarım ərzində öyrənəcəyik".


Məlumata görə, ABŞ-da kosmos və nüvə tədqiqatları ilə bağlı fəaliyyət göstərən azı 11 alim müəmmalı şəraitdə ya həlak olub, ya da itkin düşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər