Digər

İran ABŞ-la danışıqlardan imtina etdi - Təcili

19 Apr 2026, 21:26 1 baxış
İran ABŞ-la danışıqlardan imtina etdi - Təcili

İran hökuməti İslamabadda keçirilməsi planlaşdırılan ABŞ-la danışıqlardan imtina edib.


Axar.az xəbər verir ki, bu iddia ilə İran mediası çıxış edib.


Bildirilib ki, ABŞ-ın qeyri-real və hədsiz tələbləri, daim dəyişən mövqeyindən dolayı müvafiq qərar verilib.


Qeyd edək ki, 8 apreldə tərəflər arasında əldə edilən iki həftəlik atəşkəs razılaşmasından sonra İslamabadda 11 apreldə danışıqlar keçirilmiş, lakin nəticəsiz başa çatmışdı.


Növbəti danışıqların 21 apreldə baş tutacağı gözlənilirdi.

Mənbə axar.az

Oxşar Xəbərlər