Maraqlı

Hər gün daş yonan qadın: 65 yaşında ağır əməyə meydan oxuyur - FOTOREPORTAJ

19 Apr 2026, 19:48 1 baxış
Hər gün daş yonan qadın: 65 yaşında ağır əməyə meydan oxuyur - FOTOREPORTAJ
Bülbül Babayeva artıq 15 ildir ki, tamet daşları istehsal edən sexdə çalışır. Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, maddi ehtiyaclarını qarşılamaq üçün başladığı bu iş zamanla onun həyatının bir parçasına çevrilib. Ağır fiziki əməyə baxmayaraq, o, illər keçdikcə işinə öyrəşdiyini və hər mərhələsini yaxşı mənimsədiyini deyir. Sexdə iş prosesi ardıcıl və diqqət tələb edən mərhələlərdən ibarətdir. Əvvəlcə qəliblər yağlanır ki, hazır məhsul asanlıqla çıxarılsın. Daha sonra palçıq xüsusi qurğuda qarışdırılır və hazır vəziyyətə gətirilir. Qarışıq qəliblərə doldurulduqdan sonra isə vibrasiya aparatı vasitəsilə sıxlaşdırılır və formaya salınır. Növbəti mərhələdə daşlar qurumağa buraxılır və tam sərtləşdikdən sonra istifadəyə hazır olur. Fiziki güc və incə dəqiqlik tələb edən bu sahə 65 yaşlı Bülbül Babayevanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. 15 ildir tamet daşları hazırlayan Bülbül Babayeva ilə fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər