Digər
Tramp Vensi İslamabada göndərməkdən imtina etdi
ABŞ vitse-prezidenti Ceyms Devid Vens İran danışıqları üçün İslamabada getməyəcək.
Axar.az xəbər verir ki, bunu “ABC Nyus” kanalının jurnalisti Conatan Karl deyib.
"Prezident Tramp mənə Vensin İslamabada getməyəcəyini, bunun təhlükəsizlik məsələsi olduğunu bildirdi", - Karl qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp amerikalı nümayəndə heyətinin danışıqlar üçün sabah İslamabadda olacağını açıqlayıb.
Mənbə
axar.az