Maraqlı

İtlərlə meditasiya: Fiziki və emosional rahatlığın müasir yolu - FOTOREPORTAJ

16 Apr 2026, 10:52 1 baxış
İtlərlə meditasiya: Fiziki və emosional rahatlığın müasir yolu - FOTOREPORTAJ
Son illər dünyada populyarlaşan itlərlə meditasiya klassik məşqlərdən fərqli olaraq fiziki hərəkətlərlə yanaşı emosional rahatlığı da ön plana çıxarır. Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, seanslar zamanı iştirakçılar yoqa hərəkətləri edərkən ətrafda sərbəst dolaşan it balaları ilə təmasda olurlar, bu isə prosesə xoş əhvali-ruhiyyə və pozitivlik qatır. Mütəxəssislərin fikrincə, heyvanlarla ünsiyyət insan orqanizmində stresin azalmasına və xoşbəxtlik hormonlarının artmasına səbəb olur. Xüsusilə itlər insanın emosional vəziyyətinə tez reaksiya verdiyi üçün meditasiya zamanı daxili sakitliyin təmin olunmasına kömək edir. Bu cür seanslar təkcə bədəni deyil, zehni də rahatladır. İtlərlə meditasiya həm də sosial bir təcrübədir. İnsanlar burada məşq etməklə yanaşı, heyvanlara qarşı daha həssas və məsuliyyətli yanaşma formalaşdırırlar. Bəzi hallarda isə bu görüşlər yeni bir dostluğun başlanğıcına çevrilir. İştirakçılar seans zamanı ünsiyyət qurduqları balaları sahiblənmək qərarına da gələ bilirlər. Fiziki və mənəvi rahatlıq təmin edən itlərlə meditasiyadan fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər