Digər

Rusiya Ukrayna şəhərlərini vurdu: ölü və yaralılar var

16 Apr 2026, 09:53 1 baxış
Rusiya Ukrayna şəhərlərini vurdu: ölü və yaralılar var

Rusiya ordusu bu gün Ukraynanın iri şəhərlərini kütləvi raket və PUA atəşinə tutub.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.


Məlumata görə, zərbələr zamanı Kiyevdə 4 nəfər həlak olub, 45 nəfər yaralanıb, Dneprdə 3 nəfər həlak olub, 34 nəfər yaralanıb. Yaralılardan beşinin vəziyyəti ağırdır.


Odessaya isə edilən hücumlar zamanı 8 nəfər həlak olub, 16 nəfər yaralanıb. Zaporojyedə bir qadın həlak olub, Xarkovda isə 2 nəfər yaralanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər