Cəmiyyət

Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü

12 Apr 2026, 20:48 2 baxış
Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü

Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.


Axar.az xəbər verir ki, seçmə komandamızın üzvü "Şüa İdman Kompleksi"ndə rekorda imza atıb.


Belə ki, o, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləyib.


Bu rekord hazırda türkiyəli Osman Gürcüyə məxsus idi (16.70). N. Məmmədov bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi bacarıb.

Mənbə axar.az

Oxşar Xəbərlər