Cəmiyyət

Məmmədlidə baş verən ağır qəzada xəsarət alanların son vəziyyəti AÇIQLANDI

12 Apr 2026, 18:36 2 baxış
Məmmədlidə baş verən ağır qəzada xəsarət alanların son vəziyyəti AÇIQLANDI
Ötən gün Abşeron rayonunun Məmmədli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti məlum olub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. "Aprelin 11-də, saat 19 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Məmmədli kəndindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - məlumatda qeyd edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər