Cəmiyyət

Salyanda ağır qəza: ölən və yaralananlar var

12 Apr 2026, 12:26 2 baxış
Salyanda ağır qəza: ölən və yaralananlar var

Salyanda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınınb.


Məlumata görə, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.


Qəza nəticəsində Sumqayıt şəhər sakinləri 1956-cı il təvəllüdlü Paşayeva Valiyə Abdulla qızı, 1980-ci il təvəllüdlü Paşayev Anar Natiq oğlu və 2012-ci il təvəllüdlü Paşayev Mirməhəmməd Anar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.


Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri - V.Paşayeva yolda keçinib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər