Cəmiyyət

Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN

11 Apr 2026, 18:47 2 baxış
Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN

Hazırda Bakı şəhərinin Xəzər, Nizami, Sabunçu və Səbail rayonlarında, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.


Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


Bildirilib ki, intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri davam etdirilir.


Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən görülür.

Mənbə axar.az

Oxşar Xəbərlər