Cəmiyyət

Bakıdakı peşə məktəbində təqaüd problemi: Nə zaman ödəniləcək?

15 Oct 2026, 15:42 2 baxış
Bakıdakı peşə məktəbində təqaüd problemi: Nə zaman ödəniləcək?
Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 5 nömrəli Bakı Peşə Məktəbinin tələbələri təqaüdlərinin gecikdirilməsindən şikayət edirlər. Bu barədə Oxu.Az-a müraciət daxil olub. Tələbələrin sözlərinə görə, iyul, avqust və sentyabr ayları üçün nəzərdə tutulan təqaüdlər hələ də ödənilməyib. Onlar digər peşə təhsili müəssisələrində ödənişlərin artıq həyata keçirildiyini bildiriblər. Bəs 5 nömrəli Bakı Peşə Məktəbində təqaüdlər nə zaman ödəniləcək? Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təqaüdlərin növbəti həftə ərzində ödənilməsi nəzərdə tutulur. Aytac Qasımova
Mənbə oxu.az

Oxşar Xəbərlər