Digər
Tramp demensiyadan əziyyət çəkir - Cons
Amerikalı jurnalist Aleks Cons ABŞ prezidenti Donald Trampın demensiya xəstəliyindən (yaddaş pozğunluğu) əziyyət çəkdiyini iddia edib.
Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.
"Hər gün beş-altı dəfə belə ifadələr eşidirəm: 'Biz qalib gəldik, bitdi. Xeyr, bu vəziyyət əbədi davam edəcək. Mən heç vaxt onların Hörmüz boğazına sahib olmasına icazə verməyəcəyəm. Bəli, biz boğazdan imtina edirik. Mən NATO-dan çıxacağam. Biz NATO-da qalacağıq'”, - deyə o bildirib.
Jurnalist əlavə edib ki, demensiyası olan insanlar məhz belə davranırlar.
Mənbə
axar.az