Digər

İsrail öldürülən Hizbullah üzvlərinin sayını açıqladı

10 Apr 2026, 22:03 1 baxış
İsrail öldürülən Hizbullah üzvlərinin sayını açıqladı

Livanda keçirilən əməliyyatlar zamanı Hizbullahın 1400-dən çox üzvü öldürülüb.


Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.


Bildirilib ki, döyüş əməliyyatları martın 2-dən davam edir. Bu müddətdə Livan ərazisinə endirilən zərbələr nəticəsində 4300-dən çox hərbi infrastruktur obyekti məhv edilib.


Eyni dövrdə İsrail tərəfi 12 hərbçisinin həlak olduğunu açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər