Digər

İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

10 Apr 2026, 20:18 1 baxış
İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

Danışıqlar başlamazdan əvvəl iki məsələ yerinə yetirilməlidir.


Axar.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf X hesabında yazıb.


O, ABŞ ilə danışıqların başlaması üçün Livanda atəşkəsin təmin edilməsini və dondurulmuş aktivlərinin azad olunmasını şərt kimi irəli sürüb:


“Qarşılıqlı şəkildə razılaşdırılmış iki məsələ hələ də icra olunmayıb. Bunlar Livanda atəşkəs və danışıqlardan əvvəl İranın bloklanmış aktivlərinin azad edilməsidir”.


Qeyd edək ki, 8 apreldə ABŞ və İran iki həftəlik atəşkəslə bağlı razılıq əldə ediblər. Pakistanda keçiriləcək sülh danışıqları üçünsə nümayəndə heyətləri artıq İslamabada yollanıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər