Digər

ABŞ İrandan onların azad olunmasını tələb edəcək

10 Apr 2026, 19:52 1 baxış
ABŞ İrandan onların azad olunmasını tələb edəcək

ABŞ aprelin 11-də Pakistanda keçiriləcək sülh danışıqları zamanı İranda saxlanılan vətəndaşlarının azad edilməsi məsələsini qaldırmağı planlaşdırır.


Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti məlumat yayıb.


Bildirilib ki, amerikalı nümayəndələr Tehrandan saxlanılanların azad olunmasını tələb etmək niyyətindədirlər.


Bununla belə, mənbələr qeyd edirlər ki, danışıqlar prosesi çətin keçərsə, bu məsələnin nəzərdən keçirilməsi təxirə salına bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər