Digər

Qaluzin Moskvada erməni səfirlə görüşdü

10 Apr 2026, 18:45 1 baxış
Qaluzin Moskvada erməni səfirlə görüşdü

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan iki ölkə lideri arasında danışıqlardan sonra əldə edilən razılaşmaların həyata keçirilməsini müzakirə edib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.


“Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən son danışıqların nəticələrinə əsasən, ikitərəfli münasibətlərdəki cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ən yüksək səviyyədə, o cümlədən ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə, eləcə də ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyət mövzusunda əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün fəal birgə işin vacibliyi vurğulanıb”, - məlumatda deyilib.


Tərəflər həmçinin Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, nəqliyyat əlaqələrinin qurulması, eləcə də “3+3” platformasının fəaliyyətinin davam etdirilməsi baxımından regional məsələləri müzakirə ediblər.

Mənbə axar.az

Oxşar Xəbərlər