Digər

Bu AB ölkəsi Hörmüzlə bağlı əməliyyata qoşulur

10 Apr 2026, 17:25 1 baxış
Bu AB ölkəsi Hörmüzlə bağlı əməliyyata qoşulur

Niderland Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün hərbi missiyada iştirak variantlarını nəzərdən keçirir.


Axar.az xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Dilan Yaşilgöz-Zegerius deyib.


“Hörmüz boğazının gəmiçilik üçün tam şəkildə yenidən açılması vacibdir. Buna görə də Niderland hərbi missiyada iştirak etmək imkanlarını araşdırır. Boğazda naviqasiya azadlığı Niderlandın təhlükəsizliyinə və iqtisadiyyatına birbaşa təsir göstərir. Haaqa Yaxın Şərqdəki tərəfdaşlarla müvafiq planlaşdırmanı əlaqələndirir və zərurət yarandıqda tez bir zamanda cavab verə bilməsi üçün bir sıra variantı nəzərdən keçirir”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər