Siyasət
Azərbaycanın 18-ci dayanıqlı milli inkişaf məqsədinin hədəfləri hansılardır?
"Azərbaycan hazırda 17 dayanıqlı inkişaf məqsədinin icrasına paralel olaraq 18-ci mərhələni həyata keçirir. İnkişaf məqsədi cənab prezidentin təşəbbüsü əsasında ərsəyə gəlib". Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclası çərçivəsində deyib. O bildirib ki, inkişaf məqsədinin 5 alt məqsədi və 18 hədəfi mövcuddur: "Dayanıqlı inkişaf üzrə milli əlaqələndirmə şurası tərəfindən bu məqsədin metodologiyası hazırlanıb və təsdiq olunub. Burada əsas alt məqsədlər sırasında minaların təmizlənməsinə hökumət tərəfindən sərf olunan vəsaitlər, minadan əziyyət çəkən insanların sayı, mina təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq tərəfdaşlıq kimi məsələlər əksini tapıb".
Mənbə
oxu.az
Oxşar Xəbərlər