Cəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: İki rayonun bəzi ərazilərində işıq olmayacaq

09 Apr 2026, 23:24 2 baxış
Sakinlərin NƏZƏRİNƏ: İki rayonun bəzi ərazilərində işıq olmayacaq
Sabah Biləsuvar və Yardımlının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. "Aprelin 10-da Biləsuvar və Yardımlı Elektrik Şəbəkələrinin (EŞ) ərazilərində 10 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:30-dan 14:00-dək Biləsuvarın Xırmandalı, saat 14:00-dan 16:00-dək Yardımlının Dəlləkli, Gavran, Ostayır kəndlərində və şəhər ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər