Digər
Ərdoğanla Pezeşkian arasında telefon danışığı oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı bölgədəki təhlükəsizlik məsələləri və atəşkəs razılaşması müzakirə olunub.
Qeyd edək ki, ABŞ və İran arasında ötən gün iki həftəlik atəşkəs əldə edilib.
Mənbə
axar.az