Digər
Hörmüzdə təhlükəsizlik bundan asılıdır - Arakçı
Hörmüz boğazında naviqasiyanın təhlükəsizliyi birbaşa ABŞ-ın atəşkəs çərçivəsində öhdəliklərini yerinə yetirməsindən asılıdır.
Axar.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Arakçı deyib.
"Bu su yolunda təhlükəsiz naviqasiya müəyyən edilmiş təlimatlar əsasında, İran silahlı qüvvələri ilə əlaqələndirilərək, müəyyən edilmiş marşrutlar üzrə və mövcud texniki tədbirlərə uyğun olaraq mümkün olacaq - bu şərtlə ki, Amerika tərəfi öz öhdəliklərinə əməl etsin", - deyə XİN rəhbəri bildirib.
Mənbə
axar.az