Siyasət
TDT-yə üzv dövlətlərin parlamentlərarası dostluq qrupları ilk dəfə bir araya gələcəklər - FOTO
"Təklif edirik ki, növbəti iclaslarımızda konkret mövzu ortaya qoyaq və toplantılara müxtəlif sahələr üzrə mütəxəssisləri çağıraraq müzakirələr aparaq". Oxu.Az xəbər verir ki, bunu deputat Əhliman Əmiraslanov Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 3-cü iclasında deyib.
Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun sədri olan Ə.Əmiraslanov qeyd edib: "İkinci təklif isə Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin parlamentlərarası dostluq qruplarının bir araya gəlməsi ilə bağlıdır. Bu istiqamətdə müzakirə aparılır. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım da bu məsələnin həllini tapmaq üzrə olduğunu və İstanbulda görüş keçiriləcəyini bildirdi".

Mənbə
oxu.az
Oxşar Xəbərlər