Cəmiyyət
Şəkərli diabet xəstələri üçün 37,6 milyon manatlıq dərman alınacaq
"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) şəkərli diabet xəstəliyi üzrə tədbirlərlə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri satın alacaq. Oxu.Az-ın məlumatına görə, qurum bununla bağlı tender elan edib. PHŞ şəkərli diabet xəstələri üçün alınacaq insulin və dərman preparatları müqabilində 37 milyon 645 min 943 manat 95 qəpik ödəyəcək.
Mənbə
oxu.az