Digər

Xamenei sağlamdır və ölkəni idarə edir - XİN

09 Apr 2026, 16:55 1 baxış
Xamenei sağlamdır və ölkəni idarə edir - XİN

İranın ali lideri Müctəba Xamenei özünü yaxşı hiss edir və ölkəni idarə edir.


Axar.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.


“O, sağlamdır və hər şeyə nəzarət edir”, - Xətibzadə bildirib.


Xameneinin niyə ictimaiyyət qarşısına çıxmaması ilə bağlı suala cavab olaraq xarici işlər nazirinin müavini bunun hazırkı son dərəcə təhlükəli vəziyyətlə bağlı olduğunu bildirib.


Qeyd edək ki, ABŞ-ın hərbi naziri Pit Heqset İranın dini lideri Müctəba Xameneinin əlil qaldığını bildirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər