Siyasət

Siyasi partiyalar maliyyə hesabatlarını təqdim etdilər

09 Apr 2026, 14:40 1 baxış
Siyasi partiyalar maliyyə hesabatlarını təqdim etdilər
Azərbaycandakı siyasi partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim ediblər. Oxu.Az xəbər verir ki, hesabatlar MSK-nın saytında yerləşdirilib. Məlumata görə, ölkədə qeydiyyata alınmış bütün siyasi partiyalar hesabatlarını quruma təqdim ediblər. Qeyd edək ki, "Siyasi partiyalar haqqında" Qanuna əsasən, partiyaların illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim olunmalıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər