Kriminal

Böyükşor yolunda üç nəfərin öldüyü dəhşətli qəza ilə bağlı ağır cəza tələbi - VİDEO

09 Apr 2026, 13:48 6 baxış
Böyükşor yolunda üç nəfərin öldüyü dəhşətli qəza ilə bağlı ağır cəza tələbi - VİDEO
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə törətdiyi ağır yol-qəza nəticəsində üç nəfərin ölümünə səbəb olan Vaqif Məmmədovun cinayət işi üzrə dövlət ittihamçısı çıxış edib. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Vaqif Məmmədovun 5 il sürücülük hüququndan məhrum etməklə 8 il müddətinə azadlıqdan məhrum olmasını məhkəmədən istəyib.
Zərərçəkənlərin hüquqi varisləri V.Məmmədovun daha ağır cəzaya məhkum olunmasını istəyiblər. Təqsirləndirilənin vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses 16 aprel saat 09:30-a təyin olunub. Xatırladaq ki, hadisə 2025-ci ildə baş verib. Belə ki, Vaqif Məmmədovun yüksək sürətlə idarə etdiyi yük avtomobili Böyükşor yolunda əks tərəfdən gələn "Volkswagen" markalı maşınla toqquşub. Nəticədə sürücü Nəriman Gülməmmədov, sərnişinləri - Rüstəm Məmmədov və Orxan Mirzəyev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, onlar xəstəxanada ölüblər. Faktla bağlı cinayət işi başlanıb və V.Məmmədova qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsi ilə ittiham irəli sürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər