Digər

Atəşkəs İsrailin uğursuzluğudur - Bennett

09 Apr 2026, 12:18 1 baxış
Atəşkəs İsrailin uğursuzluğudur - Bennett

İsrailin keçmiş baş naziri Naftali Bennett İranla atəşkəs razılaşmasını tənqid edib.


Axar.az xəbər verir ki, o, müharibənin məqsədlərinə çatılmadığını bildirib və xəbərdarlıq edib ki, uğursuzluq İsraili qisasçı İranla üz-üzə qoyacaq.


“Hakimiyyətin bütün boş vədləri əks nəticə verib. İsraili daxildən məhv edən hökumət düşməni xaricdə məğlub edə bilməz”, - o vurğulayıb.


Qeyd edək ki, ABŞ və İran arasında ötən gün iki həftəlik atəşkəs razılaşması əldə edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər