Digər

Tehran danışıqlardan imtina etdi? - İran səfiri tvitini sildi

09 Apr 2026, 11:45 1 baxış
Tehran danışıqlardan imtina etdi? - İran səfiri tvitini sildi

Tehranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm İran nümayəndə heyətinin danışıqlar üçün İslamabada gələcəyi ilə bağlı mesajını silib.


Axar.az xəbər verir ki, bu barədə “Pars Tudey” məlumat yayıb.


“İranın Pakistandakı səfiri İran nümayəndə heyətinin Pakistanın paytaxtı İslamabada planlaşdırılan səfəri ilə bağlı tvitini silib”, - məlumatda qeyd olunub.


Qeyd edək ki, səfir Rza Əmiri Müqəddəm bu gecə İran nümayəndə heyətinin Pakistan Baş naziri Şahbaz Şərifin dəvəti ilə İslamabada səfər edəcəyini yazmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər