Kriminal

Bakıda təkər təmiri sexində yanğın olub - VİDEO

09 Apr 2026, 10:40 1 baxış
Bakıda təkər təmiri sexində yanğın olub - VİDEO
Bakı şəhəri, Xətai rayonunda təkər təmiri sexində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, yanğın qısa müddətdə söndürülüb.

"FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 65 m² olan təkər təmiri sexində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub".
Bakıda təkər təmiri sexində yanğın olub - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər