Maraqlı

Böyük Britaniyada dəhşətli şəraitdə saxlanılan 250 it xilas olundu

09 Apr 2026, 06:46 1 baxış
Böyük Britaniyada dəhşətli şəraitdə saxlanılan 250 it xilas olundu
Böyük Britaniyanın Nottingem şəhərində bir evdən dəhşətli şəraitdə saxlanılan və ömründə heç vaxt bayıra çıxarılmayan 250 pudel cinsli it xilas edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Heyvanları xilas edən əməkdaşlar evdə gördükləri mənzərəni belə təsvir ediblər: "Demək olar ki, bütün otaqlar pudellərlə dolu idi. İtlər bir-birinin üstünə dırmaşır, masanın altında, hətta odun sobasında gizlənirdilər. Çoxları o qədər qorxurdu ki, heyvanların müdafiəsi üzrə qurumun əməkdaşları onları qucaqlarında bayıra çıxarmalı oldular. İtlər hətta həyətdəki otdan belə hürkürdülər". Ev sahibləri etiraf ediblər ki, itləri saxlamaq və çoxaltmaq istəsələr də, vəzifələrinin öhdəsindən gələ bilməyiblər və vəziyyət nəzarətdən çıxıb. Məlumata görə, xilas edilən heyvanların əksəriyyəti artıq müayinə olunaraq təhlükəsiz sığınacaqlara yerləşdirilib. Hazırda itlərin reabilitasiyası və yeni sahiblərə verilməsi prosesi aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər