Siyasət

Azərbaycan və Ukrayna XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

08 Apr 2026, 21:16 1 baxış
Azərbaycan və Ukrayna XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
Aprelin 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər