Siyasət

Litvanın baş naziri Azərbaycana gəlib

08 Apr 2026, 20:54 1 baxış
Litvanın baş naziri Azərbaycana gəlib
Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 8-də Azərbaycana rəsmi səfərə gəlib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Litvanın Baş naziri İnqa Ruqinieneni hava limanında Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər