Kriminal

Bakıda iki nəfər FACİƏLİ ŞƏKİLDƏ ölüb

08 Apr 2026, 11:40 1 baxış
Bakıda iki nəfər FACİƏLİ ŞƏKİLDƏ ölüb
Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Nazim Tahirov yaşadığı evin hamamında dəm qazından boğulub. Yaxınları onun meyitini hamamda aşkarlayıblar. Həmçinin Sabunçu rayonu Maştağa qəsəbəsində 1994-cü il təvəllüdlü Qəhrəman Əliyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktlarla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər