Kriminal

Mingəçevirdə avtomobil restorana çırpıldı - Üç nəfər xəsarət aldı

08 Apr 2026, 09:00 1 baxış
Mingəçevirdə avtomobil restorana çırpıldı - Üç nəfər xəsarət aldı
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 2 radələrində şəhərin İslamzadə küçəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq restoranın divarına çırpılıb. Nəticədə sürücü, 29 yaşlı Qurban İsmayılov, eləcə də sərnişinləri - 20 yaşlı Ruslan Əhmədov və 23 yaşlı Kənan Məmmədov xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər