Kriminal

Üç uşaq atası dəm qazından öldü - FOTO

08 Apr 2026, 00:24 1 baxış
Üç uşaq atası dəm qazından öldü - FOTO
Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Əliyev Bakı şəhərində yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Hadisənin Q.Əliyevin hamam otağında olan zaman baş verdiyi bildirilib. Mərhumun 3 uşaq atası olduğu və paytaxtda tikintidə çalışdığı qeyd olunub. O, Cəlilabadın Maşlıq kəndində dəfn olunacaq.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər