Dünya
Tramp jurnalist Taker Karlson haqqında: "Mən axmaqlarla yox, ağıllı insanlarla işləməyi üstün tuturam"
ABŞ Prezidenti Donald Tramp jurnalist Taker Karlsonu kəskin tənqid edib və onunla ünsiyyətdən qaçdığını bildirib. Oxu.Az bu barədə "The New York Post" qəzetinə istinadən xəbər verir. Tramp bildirib: "Taker baş verənləri qətiyyən başa düşməyən, aşağı IQ-lu bir insandır. O mənə daim zəng edir, lakin mən onun zənglərinə cavab vermirəm. Onunla ünsiyyət qurmuram. Mən axmaqlarla yox, ağıllı insanlarla işləməyi üstün tuturam". Qəzet xatırladır ki, Karlson öz podkastında Trampın İrandakı obyektlərə endirilən zərbələrlə bağlı qərarını "nüvə müharibəsinə doğru ilk addım" adlandırıb. Jurnalist həmçinin ABŞ administrasiyasının əməkdaşlarını prezidentin əmrlərini yerinə yetirməməyə çağırıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər